Gümrüdən Moskvaya uçan təyyarə təcili eniş etdi

14:20 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gümrüdən Moskvaya uçan təyyarə qəza siqnalı verib.

Hafta.az xəbər verir ki, "Boeing 737-800"  təyyarəsi saat 12:24-də Gümrinin Şirak hava limanından havaya qalxıb.

Təxminən bir saat sonra Dağıstan üzərindən uçarkən qəza siqnalı verib və 3000 metr hündürlükdən enməyə başlayıb.

Bildirilir ki, Gümrüdən Moskvaya uçan "Pobeda" Hava Yollarına məxsus təyyarə Mahaçqalada eniş edib./TASS/